...

Ədliyyə komandası yarışda qalib olub

22-09-2023 | 09:12

Sentyabrın 19-20- də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gənc dövlət qulluqçularının II Çoxnövçülük Kuboku”adlı  intellektual  turnir keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı keçirilən turnir Naxçıvan Şahmat Mərkəzində baş tutub.

Əvvəlcəölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra  Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov açaraq bildirib ki,gənclər siyasətinin uğurlu davamı olaraq muxtar respublikada təşkil olunan bu kimi yarışlar gənc dövlət qulluqçularının intellektual inkişafını situmullaşdırmaq, həmçinin onların bilik və bacarıqlarının aşkar edilərək  intellektual fəaliyyətə cəlb olunması baxımından böyük əhəmiyyət daşıyır.

Gənc dövlət qulluqçularının II Çoxnövçülük Kubokunda 30 dövlət orqanından 180 gənc dövlət qulluqçusunun iştirak etdiyi yarışda Ədliyyə Nazirliyinin gənc əməkdaşları “Ədliyyə” komandası olaraq iştirak edib. İki gün davam edən yarışda müxtəlif mövzulara həsr edilən 3 mərhələdə mübarizə aparılıb.

 İlk olaraq “Nə? Harada? Nə zaman? Mərhələsi keçirilib və oyun nəticələrinə əsasən ilk 16 yeri tutmuş komandalar “Breyn-Rinq” mərhələsində biliklərini sınayıb.

Turnirin ikinci günündə Nə? Harada? Nə zaman?  Intelektual oyunu davam edib və oyunun nəticələrinə əsasən ilk  10 yeri tutan komandalar “IQuiz” mərhələsinə vəsiqə qazanıblar. Sonda isə reytinq sisteminə əsasən qaliblər müəyyən edilib.

Turnirdə çıxış edən “Ədliyyə” komandası turnirin mərhələlərinə uyğun keçirilən Nə? Harada? Nə zaman? yarışının qalibi olaraq I yerə və IQuiz mərhələsi üzrə II yerə layiq görülüb. Nazirliyin komandası Turnirin ümumi reytinq üzrə nəticələrinə görə II yerdə qərarlaşıb.

Sonda qalib komandalara kubok, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.