...

Ədliyyə işçisinin məqaləsi nüfuzlu media orqanlarında dərc edilib

29-08-2024 | 09:33

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşı İradə Quliyevanın ölkənin əsas elektron qanunvericilik bazası olan “e-qanun.az” saytı ilə bağlı məqaləsi geniş oxucu kütləsi olan media orqanlarında dərc edilib. Məqalədə saytın yaranması, sistemə giriş qaydaları, praktik cəhətdən səmərəliliyi barədə məlumat verilib. “E-qanun.az saytı hüqüqi aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir” mövzusunda yazılan məqalə “e-huquq.az” saytında, “İki sahil” qəzetində, habelə “Şərq qapısı” qəzetində müsahibəsi dərc olunub.

Müəllif məqalədə və musahibəsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hüquqi aktların dövlət reyestrinin e-qanun.az saytına inteqrasiya olunmasından, eləcə də e-qanun.az saytı ilə bağlı digər məsələlərə də toxunub.

https://serqqapisi.gov.az/.../elektron-qanunvericilik...

https://www.e-huquq.az/az/news/xeberler/92252.html

https://tv.ikisahil.az/post/538615-share