
Ədliyyə işçisinin məqaləsi dərc olunub
12-09-2024 | 17:58
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu İradə Quliyevanın dünyanı narahat edən iqlim dəyişiklikləri və COP29-la bağlı “İqlim dəyişikliklərinə qarşı qlobal və milli çağırışlar” mövzusunda yazdığı məqaləsi geniş oxucu kütləsi olan media orqanlarında: “Şerqqapisi.az” saytında və “ İki sahil” qəzetində dərc edilib. Məqalədə COP-un yaranmasının tarixi zərurətindən, əhəmiyyətindən, eləcə də ölkəmizin yaşıl iqtisadiyyata verdiyi töhfələrdən bəhs olunub.
![]() |