...

Ədliyyə işçisinin məqalələri beynəlxalq jurnallarda dərc edilib

26-07-2024 | 09:08

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin əməkdaşı Həbibə Əliyevanın 2024-cü ildə (may və iyul aylarında) hüquq sahəsi ilə bağlı yazdığı məqalələri beynəlxalq nüfuzlu jurnallarda dərc edilib. Belə ki, müəllifin “Mülkü hüquq tarixi” adlı məqaləsi Gürcüstan Respublikasının “Journal of İnterdisciplinary Science” (“Fənlərarası Elmlər Jurnalı”) jurnalında və “Vərəsəlik hüquqları və vəzifələri” mövzusunda yazdığı məqaləsi isə Polşa Respublikasının “Journal of İntellectual Property”( “Əqli Mülkiyyət Jurnalı”) jurnalında dərc edilib.

Məqalələrdə mülkü hüquq tarixnin incəliklərinə toxunulub, vərəsəlik hüquqları və vəzifələrinə beynəlxalq aspektdən yanaşılaraq təhlillər verilib. Araşdırma aparan tədqiqatçılar üçün mənbə kimi istinad edilməsində məqalənin həm elmi, həm də hüquqi əhəmiyyəti vardır.

Qeyd edək ki, hüquq sahəsi ilə bağlı məqalələrin nəşr olunduğu adıçəkilən jurnallar beynəlxalq nüfuza malik olmaqla yanaşı, elmi tərəqqini geniş oxucu auditoriyasına çatdırmaq məqsədi daşıyır, həmin nəşrlər hüquq sahəsinə aid təkmilləşdirilmiş məlumatları ən dolğun və eyni zamanda əlçatan formada təqdim edirlər.