...

Ədliyyə işçiləri “Yaşıl dünyamız sağlam gələcəyimiz”devizi ilə yaşıllıq aksiyası keçirib

03-06-2024 | 10:20

“Yaşıl dünya naminə həmrəylik ili"ndə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aparatının və tabe qurumlarının əməkdaşları uşaqları ilə birgə "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Yaşıl dünyamız sağlam gələcəyimiz” devizi altında iməcilik kecirib, sonra həmin ərazidə piknik ediblər.

İməcilikdə nazirliyin kollektivi və onların övladları ağaclara qulluq göstərib. Ərazilər alaq otlarından təmizlənib, ağaclar suvarılıb və təmizlik işləri aparılıb. Hər bir ədliyyə işçisi iməcilikdə fəal iştirak etməklə təbiətə qulluq göstərməyin vacibliyini və əhəmiyyətini əyani şəkildə uşaqlara göstərməyə çalışıb, uşaqlarla birgə yaşıl gələcəyimizi qorumaq üçün bir addım atıb,təbiəti duymağın, onu hiss etməyin, qorumagin insani keyfiyyətlərin formalaşmasına müsbət təsir etdiyi qeyd edilib.

Təşkil olunan iməcilik aksiyası uşaqların sosial həyatda aktiv olması baxımından əhəmiyyətli tədbirlərdəndir. Bu baxımdan iməciliyin keçirilməsində məqsəd ekoloji davamlılığı qorumaq, yaşıllıq zolaqlarının genişləndirilməsi həmçinin, uşaqlarda təbiətə sevgi aşılanmasıdır.

Uşaqlar bu günün təəssüratını çay süfrəsində bir-biri ilə maraqlı söhbətlər edərək paylaşıblar.