...

Ədliyyə işçiləri və gənclərlə görüş keçirilib

08-05-2025 | 19:27

Prezident  İlham  Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına  əsasən, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə mayın 8-də Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyində  Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə  həsr olunmuş  “Ulu Öndər irsi və konstitusiya dəyərləri” mövzusunda gənclərlə görüş təşkil edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini  müvəqqəti icra edən Hüseyn Səfərov və  Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edilbər.

Hüseyn Səfərov çıxışda müstəqil Azərbaycanın hüquqi və konstitusion  təməlinin formalaşmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyətindən bəhs edib. O, vurğulayıb ki, “Ulu Öndərin rəhbərliyi ilə ölkəmiz müstəqilliyini  bərpa  etdikdən sonra hüquqi  dövlət  quruculuğu sahəsində mühüm  addımlar atılıb. Məhz onun təşəbbüsü ilə 1995-ci ildə ilk Konstitusiyamız qəbul olunub. Bu sənəd hüquq və azadlıqların təminatı ilə yanaşı, milli birliyin və dövlət suverenliyinin əsasını təşkil edir”.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov tədbirdə gənclərə müraciətlə bildirib ki, Konstitusiya dəyərlərinə sadiqlik, qanuna hörmət  və  vətəndaş  məsuliyyəti  müasir gəncin başlıca keyfiyyətləri olmalıdır. Gənclər fondu hüquqi maarifləndirməni daim prioritet hesab edir və gənclərlə bu cür görüşlərə xüsusi önəm verir.

Tədbirə həmçinin tanınmış ictimai-siyasi xadimi və diplomat Həsən Həsənov onlayn şəkildə qatılıb. O tədbirin əhəmiyyətini vurğulayaraq dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətindən geniş bəhs etməklə yanaşı, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ulu Öndərin dövlət quruculuğu yolundakı fəaliyyəti, beynəlxalq tədbirlərdəki iştirakı, dünyanın aparıcı ölkələri və siyasi xadimləri ilə danışıqları, Azərbaycanan dünyaya tanıtması istiqamətindəki fəaliyyətinin canlı şahdi olduğu tarixi hadisələr barədəki çıxışını tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.