Ədliyyə işçiləri şəhid ailələri ilə görüşüb
Ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və qazilərin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tələbləri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.
Ədliyyə işçiləri nazirliyin yaranmasının 106-ci ildönümü və 22 noyabr - peşə bayramı günü münasibətilə vətən uğrunda şəhid olan Möhsümov Elmar Rövşən oğlunun və Rüstəmov Basit İdris oğlunun məzarlarını və onların ailələrini ziyarət ediblər.
Görüşlərdə şəhidlərimizin xatirəsi yad edilib, onların şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Vurğulanıb ki, xalqımızın azadlıq və müstəqillik uğrunda həyatlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları xalqımızın tarixində daim yaşayacaq. Torpaqlarımızın işğalından azad edilməsində canını fəda edən şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ruhları qarşısında baş əyir, onlarla hər zaman qurur duyuruq.