...

Ədliyyə işçiləri arasında keçirilən mini futbol turnirinə start verilib

06-05-2024 | 18:44

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə”həsr olunan mini futbol turnirinə start verilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin aparatı, Penitensiar xidmət və tabe qurumlarının əməkdaşlarından ibarət komandalar arasında keçirilən turnir mayın 6-da Penitensiar Xidmətin Mühafizə Taburunun futbol meydançasında Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb.

Açılış tədbirində çıxış edən Penitensiar xidmətin rəis müavini Eltural Vəzirov turnirin keçirilməsinin mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara uğurlar arzu edib.

Qeyd edək ki, 08 komandanın mübarizə apardığı mini futbol turniri may ayının 10-dək davam edəcək. Yekunda qalib komandalarakubok və diplomlar təqdim olunacaq.