Ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib
Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 22 noyabr-ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan ədliyyəsinin yaranmasının 105-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində ağacəkmə aksiyası həyata keçirilib.
Naxçıvan-Sədərək magistral yolunun kənarında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinin yaxınlığında ayrılmış ərazidə keçirilən aksiyada nazirliyin rəhbər vəzifəli şəxsləri, aparatın və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər. Ağacəkmə aksiyasının məqsədi ətraf mühitin qorunmasına, ərazidə yaşıllıqların genişləndirməsi və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.
Aksiya iştirakçıları tərəfindən əraziyə Bakı şəhərindən gətirilmiş zeytun ağacı tingləri əkilərək suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti