...

Ədliyyə işçilərinin ağacəkmə aksiyası keçirilib

21-11-2026 | 14:36

“Şəhərsalma və Memarlıq İli”, həmçinin “22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi tərəfindən ağacəkmə aksiyası təşkil olunub.

Naxçıvan-Şərur magistral avtomobil yolunun 15-ci kilometrliyində, yolun sol tərəfində yerləşən ərazidə keçirilən aksiyada Nazirliyin aparatının, Penitensiar Xidmətin və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları iştirak ediblər. Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji tarazlığın qorunmasına diqqəti artırmaq və yaşıllıq sahələrinin genişləndirilməsinə dəstək olmaqdır. Aksiya çərçivəsində 500-ə yaxın müxtəlif növ ağac tingləri əkilib, suvarılıb və ilkin aqrotexniki qulluq göstərilib.