Culfa rayonunda vətəndaşların müraciətləri dinlənilib
Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən "Açıq qapı" günləri çərçivəsində Culfa rayon sakinlərinin müraciətləri dinlənilib. Culfa Rayon Məhkəməsinin inzibati binasında baş tutan qəbulda əsasən ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə icra və notariat fəaliyyəti ilə bağlı müraciət olunub. Qəbula gələn sakinlərə qanunvericilik çərçivəsində hüquqi yardım göstərilib, yerində həll edilməsi mümkün olan məsələlər həll edilib və araşdırma tələb edən müraciətlər qeydə alınaraq nəzarətə götürülüb. Qeyd edək ki, “Açıq qapı” günlərinin muxtar respublikanın şəhər və rayonlarında keçirilməsi davam etdirilir. Növbəti qəbulun keçirilmə tarixi barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarında əvvəlcədən məlumat veriləcəkdir.