...

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

26-02-2026 | 17:16

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 12 mart 2026-cı il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Culfa rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul Culfa rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 11 mart 2026-cı il tarixədək Culfa rayon İcra və Probasiya Bölməsinə (ünvan: Culfa rayonu, Culfa şəhəri, Heydər Əliyev prospekti 61, əlaqə telefonu: (036) 546-02-21, 070-723-28-58) müraciət edərək, habelə Nazirliyin (036) 544-54-70, 050-558-38-00 nömrəli telefonları və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.