Cəzaçəkmə müəssisəsində məhkumlar üçün ustad dərslərinə başlanılıb
Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumların peşə hazırlığının artırılması məqsədilə ustad dərslərinə başlanılıb. Dərslər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti və Rəssamlar Birliyi ilə birgə həyata keçirilir. Layihə çərçivəsində məhkumlara müxtəlif sahələr üzrə – xüsusilə təsviri incəsənət və yaradıcılıq istiqamətlərində peşəkar mütəxəssislər tərəfindən nəzəri və praktiki biliklər aşılanır.
Təşkil olunan bu təşəbbüsün əsas məqsədi məhkumların cəmiyyətə yenidən inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə əmək bazarında faydalı peşə sahibi kimi formalaşmalarına şərait yaratmaqdır. Bununla yanaşı, layihə onların sosial adaptasiyasını gücləndirməyi və təkrar cinayət törətmə riskinin azaldılmasını hədəfləyir.
Bu cür tədbirlər penitensiar sistemdə islahyönümlü fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

_1777107053.jpeg)
_1777107068.jpeg)
_1777107090.jpeg)
_1777107106.jpeg)
_1777107125.jpeg)
_1777107144.jpeg)
_1777107161.jpeg)
_1777107182.jpeg)
_1777107200.jpeg)
_1777107215.jpeg)