Cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum valideynlər ilə uşaqlarının görüşü təşkil olunub
Tədbir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nin qeyd edilməsi, 18 may-18 iyun İnsan hüquqları ayı çərçivəsində və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov bayram münasibətilə uşaqları və onların valideynlərini təbrik edib. Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı uşaq siyasətinin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, azad olunmuş torpaqlarımızda uşaqlarımızı nəzərə alaraq, ilk növbədə, məktəb və uşaq bağçalarının, idman meydançalarının tikilməsindən danışaraq, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinin təbriklərini tədbir iştirakçılarına çatdırıb.Bu sahədə aparılan siyasətin muxtar respublikada da uğurla davam etdirilməsindən danışan Əli Rəhimov nazirliyin Penitensiar Xidməti tərəfindən 01 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məhkum edilmiş şəxslərlə onların uşaqlarının bayram ab havalı tədbirdə görüşünün təşkil edilməsinin məhz uşaq hüquqlarının daim diqqətdə saxlandığına dair nümunə olduğunu bildirib
Sonra tədbirə dəvət edilən Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” ansamblı konsert proqramı ilə çıxış edib, Naxçıvan Dövlət Kukla teatrının şən klonları tədbiri uşaqlar üçün əyləncəli və yadda qalan ediblər. Uşaqlarin yaradıcı potensialının, şəkil çəkmək bacarıqlarını nümayiş etdirmələri və valideynləri ilə yadda qalan anlar keçirmələri üçün onlara rəngli qələmlər və albomlar verilib, uşaqlar valideyinləri ilə birlikdə rəsm çəkib, maraqlı dəqiqələr yaşayıblar.
Sonda Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram münasibəti ilə müxtəlif hədiyyələr verilib.
Qeyd edək ki, məhkum qadınlara uzaqda olan uşaqları ilə videogörüntü vasitəsilə əlaqə saxlamaq üçün şərait yaradılıb, onlar öz övladlarının bayramını təbrik ediblər.