Cəzaçəkmə müəssisəsində “15 İyun Qurtuluş Günü”nə həsr olunan tədbir keçirilib
İyunun 14-də Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Milli Qurtuluşun 30 illiyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Penitensiar Xidmətin Əməliyyat rejmi şöbəsinin Əməliyyat bölməsinin inspektoru ədliyyə mayoru Turqut Məmmədov xalqımızın tarixinə qızıl hərflərlə yazılmış “15 İyun-Milli Qurtuluş Günü”nün ictimai, siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Azərbaycan xalqının çətin, məşəqqətli günlərində öz şəxsi həyatından, maraqlarından imtina edərək xalqının yanında olmağı seçən dahi şəxsiyyətin 90-cı illərdə görüyü işlərə nəzər salıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq , siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial, iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Sonra məhkumlar ümummilli lider Heydər Əliyevdən bəhs edən videoçarxa baxıblar.