...

Cəzaçəkən məhkumlar arasında İİV-ə görə müayinələr aparılıb

15-08-2024 | 11:01

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumlar arasında İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) görə müayinələr aparılıb.

Səhiyyə Nazirliyinin və QİÇS-lə Mübarizə Mərkəzinin regional laboratoriyasının həkim briqadası tərəfindən cəzaçəkən 236 məhkum üzərində İİV-ə görə aparılan müayinələr başa çatdıqdan sonra təcrübəli həkimlər tərəfindən xəstəliyin yoluxma yolları, müayinə və müalicəsi barədə maarifləndirici söhbətlər aparılıb, buklet və broşürlər paylanılıb.