Cəza çəkən şəxslər yeni nəsil şəxsiyyət vəsiqələri ilə təmin olunurlar
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Qarışıqrejimli cəzaçəkmə müəssisəsində məhkumların hüquqlarının təmin edilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində cəza çəkən şəxslərin istifadə müddəti bitmiş şəxsiyyət vəsiqələri yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz olunub. Nəticədə, 40 nəfər cəza çəkən şəxs yeni nəsil şəxsiyyət vəsiqəsi ilə, 1 nəfər isə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə təmin edilib.
Tədbirdə dövlətin insan hüquqlarının qorunması və qanunun aliliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərdən bəhs edilib, bu cür təşəbbüslərin cəza çəkən şəxslərin cəmiyyətə reinteqrasiyasında mühüm rol oynadığı vurğulanıb. Eyni zamanda, vətəndaşların yeni nəsil şəxsiyyət vəsiqələri ilə təmin olunmasının dövlət üçün prioritet istiqamətlərdən biri olduğu qeyd edilib. Yeni nəsil şəxsiyyət vəsiqələrinin əhəmiyyəti, yaratdığı imkanlar və hüquqi üstünlüklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
![]() |
![]() |
![]() |


