...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2025 | 09:21

Bu gün 1950-ci ildə BMT-nin təşəbbüsü ilə keçirilən qadınların beynəlxalq konfransında təsis olunub.

Azərbaycan da Uşaq Hüquqları Konvensiyasına qoşulub və uşaqların hüquqlarının qorunmasına böyük önəm verir. Uşaqların sağlam, vətənpərvər ruhda böyüməsi üçün hərtərəfli şərait yaradılıb.

Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara diqqət və qayğı ilə yanaşır. Fondun təşəbbüsü ilə qaçqın, məcburi köçkün, imkansız və əlilliyi olan uşaqlar üçün mühüm layihələr həyata keçirilir.

Uşaqlar Azərbaycanın gələcəyidir və onların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.