...

Bu gün Azərbaycanda Müstəqillik Günüdür

29-05-2025 | 14:34

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) – müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika yaradıldı. Bu tarixi hadisədən 107 il ötür.

AXC-nin əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuşdu. Bu respublika türk və İslam dünyasında ilk parlamentli, hüquqi və dünyəvi dövlət nümunəsi kimi tarixə düşdü. Hökumətin ilk başçısı Fətəli Xan Xoyski olub. Qafqaz İslam Ordusunun 15 sentyabr 1918-ci ildə Bakını azad etməsindən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC mühüm nailiyyətlərə imza atdı: qadınlara seçki hüququ verildi, milli ordu və bank yaradıldı, ilk milli valyuta dövriyyəyə buraxıldı və ölkə de-fakto tanındı. AXC-ni ilk tanıyan dövlət Osmanlı İmperiyası olub (4 iyun 1918-ci il).

1918-ci il noyabrın 9-da üçrəngli bayraq qəbul edildi. Lakin 1920-ci ildə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olundu. 1991-ci ildə isə ölkə yenidən müstəqilliyini bərpa etdi.

Bakıda AXC-nin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb. 28 May 1991–2021-ci illərdə Respublika Günü kimi qeyd olunsa da, 2021-ci ildən etibarən bu tarix rəsmi olaraq Müstəqillik Günü elan olunub. Bayram qeyri-iş günüdür və ölkə üzrə təntənə ilə qeyd edilir.