Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Bu torpaqlarımızın işğaldan azad olunmasından sonra qeyd edilən beşinci Qurtuluş Günüdür.
Düz 31 il əvvəl – 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdaraq ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Həmin gün Milli Məclisdə çıxışı zamanı Azərbaycanın inkişaf strategiyasını açıqladı və bu tarix dövlətçiliyimizin xilası kimi yadda qaldı.
Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan əraziləri azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib, BMT qətnamələrini döyüş meydanında təkbaşına həyata keçirib.
1997-ci ildə Milli Məclis 15 iyunu Milli Qurtuluş Günü elan etdi. Bu tarix Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsində dönüş nöqtəsidir.