Bu gün Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü qeyd edilir
02-07-2025 | 11:18
Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli, 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul – Azərbaycan Polisi Günü elan edilib.
Hər bir polis əməkdaşını bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, onlara qanunçuluğun və asayişin təmin olunmasındakı gərgin, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!