
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
10-03-2025 | 08:37
8 Mart - Beynəlxalq Qadınlar Günü 1910-cu ildə Klara Setkinin təklifi ilə Kopenhagendə təsis edilib və qadınların ictimai-siyasi, iqtisadi bərabərliyi uğrunda mübarizə günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə bir neçə Avropa ölkəsində, 1913-cü ildə isə Rusiyada qeyd edilməyə başlanıb. 1975-ci ildə BMT bu günü rəsmi olaraq Beynəlxalq Qadınlar Günü elan edib.
Azərbaycanda 8 Mart 1917-ci ildən qeyd olunur. 1998-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, ölkə qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatlarda təmsil olunur və müvafiq konvensiyalara qoşulub.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.