...

Borclularla növbəti görüş  keçirilib

02-10-2023 | 14:11

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsi və İstintaq bölməsi tərəfindən yerli icra və probasiya qurumlarında məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması, icrası çətinlik törədən icra işlərinə köməklik göstərilməsi məqsədilə icra sənədi üzrə icradan qəsdən yayınan borclularla proflaktiki görüşlər keçirilr. Bu istiqamətdə növbəti görüş Babək şəhərində rayon üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədləri üzrə borclu şəxslərlə keçirilmişdir.

Görüşdə nazirliyin əməkdaşları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini borcluların diqqətinə çatdırmışlar. Qeyd edilib ki, həmin qanunun tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinin Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qərarların  borclu şəxslər tərəfindən qərəzli olaraq icra edilməməsinin yaratdığı hüquqi məsuliyyət barədə məlumat verilmiş, borclu şəxslərə bu sahədə olan qanunvericiliyin tələbləri ətraflı olaraq izah edilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.