Borclular və probasiya nəzarətində olan şəxslər üçün maarifləndirici görüş keçirilib
Culfa rayon Gülüstan kəndində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya xidməti ilə İstintaq bölməsinin birgə təşkilatçılığı nəticəsində borclu və probasiya nəzarətində olan şəxslər üçün maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan İcra və probasiya xidmətinin Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Yunis Məmmədov icra sənədlərinin icra mexanizmləri, öhdəliklərin hesablanması və ödənilməsi, eləcə də məhkəməyə müraciət prosedurları barədə ətraflı məlumat verib, iştirakçılara “İcra haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəalarını izah edib.
Görüşdə çıxış edən nazirliyin İstintaq bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Asət Mirzəyev məhkəmə qərarlarının icra edilməməsinə görə yaranan hüquqi məsuliyyət barədə danışaraq bildirib ki, məhkəmə və digər səlahiyyətli orqanlar tərəfindən qəbul edilən qərarların icrası məcburi xarakter daşıyır və bu öhdəliklərin qəsdən yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradır.
Daha sonra Culfa rayon icra və probasiya bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Coşqun Əsgərli çıxış edərək bölmənin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən işlər və bu sahədə qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar fərdi qaydada cavablandırılıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






