...

Beynəlxalq konfransda iştirak edilib

14-06-2023 | 11:38

12-13 iyun tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan və Almaniya Federal notariat palatalarının birgə təşkilatçılığı ilə notariusların peşə biliklərinin artırılması məqsədilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı şəhərində təşkil edilən konfransda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat bölməsinin rəisi və xüsusi notariuslar da iştirak ediblər.
Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov açılış nitqi ilə çıxış edərək cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusların vəzifələrinə toxunub, bu sahədə qanunvericiliyin yeni tələblərinin tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi üçün Ədliyyə Nazirliyi ilə birgə təlim-tədris tədbirlərindən, xarici ölkələrin notariat qurumları ilə səmərəli əməkdaşlıqdan danışıb, konfransın notariusların peşə biliklərinin artırılması baxımından önəmini qeyd edib.
Tədbirdə notariat fəaliyyəti və Ədliyyə Nazirliyinin nəzarət tədbirləri barədə çıxışlar edilib, maraqlı diskussiyalar aparılıb.