Bələdiyyə üzvü və qulluqçuları üçün tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı, Ordubad və Culfa rayonları üzrə bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Bələdiyyə üzvü və qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Seminarda Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Novruz giriş sözü ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Bələdiyyə üzvü və qulluqçularının etik davranış qaydaları və qanunçuluğun təmin edilməsi”, şöbənin baş məsləhətçisi Rövşən Mirzəyev isə “Korrupsiyaya qarşı mübarizə: bələdiyyələrdə korrupsiya risklərinin qarşısının alınması” mövzularında fikir bildiriblər. Çıxışlarda bələdiyyə üzvləri və qulluqçularının etik davranış qaydalarına əməl etməsinin, fəaliyyətlərində qanunçuluğun və şəffaflığın təmin olunmasının, eləcə də korrupsiya risklərinin qarşısının alınmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Seminar zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |




