...

Bələdiyyə üzvləri və qulluqçuları arasında şahmat turniri keçirilib

07-05-2024 | 19:58

Mayın 07-də “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və muxtar respublika üzrə şəhər, qəsəbə və kənd bələdiyyələri assosiasiyalarının birgə təşkilatçılığı ilə bələdiyyə üzvləri və qulluqçuları arasında şahmat turniri keçirilib.

Naxçıvan Şahmat Məktəbində baş tutan turnirdə çıxış edən ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov iştirakçılara uğurlar arzulayıb, turnirin əhəmiyyətini diqqətə çatdırıb. Sonra nazir müavini şahmat taxtası üzərində ilk gediş gedərək oyunu açıq elan edib.

Şahmat turnirində 40 bələdiyyə üzvü və qulluqçusu isveç modeli üzrə 7 oyunda mübarizə aparıb. Oyunun sonunda qaliblər müəyyənləşib. Turnir üzrə birinci, ikinci və üçüncü yerlər üzrə qələbə qazanan oyunçular kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Əliabad qəsəbə bələdiyyəsinin bələdiyyə qulluqçusu Əli Kəngərli birinci, Qıvraq qəsəbə bələdiyyəsinin üzvü Qurbanəli Heydərov ikinci və Muğancıq-Mehrab kənd bələdiyyəsinin  sədri Nağı Mərdanov üçüncü yeri tutublar.