Bələdiyyə sədrləri və üzvləri üçün təlim keçirilib
Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa şəhərindərayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri üçün təlimkeçirilib.
Təlim zamanı bələdiyyə sədrləri və üzvlərinə “Bələdiyyə gəlirlərinin formalaşması və ondan səmərəli istifadə” və “Bələdiyyələrdə büdcənin hesabatlılığının qanunvericiliyə uyğun təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzularında zəruri məlumatlar verilib.
Nazirliyin əməkdaşları Xəyal Eyvazovun və Təbriz Eyvazlının, Maliyyə Nazirliyinin əməkdaşı Miryaqub Seyidovun iştirak etdiyi təlimdə əsasən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri diqqətə çatdırılmış, yerli büdcənin gəlirlərininəsasən yerli vergi və ödənişlər, qeyri-vergi gəlirləri hesabına formalaşdırıldığı xüsusi qeyd olunmuşdur. Ona görə də bütün hallarda vergi qanunvericiliyi ilə müəyyən edilmiş yerli vergilərin tam həcmdə və vaxtında ödəməyin vergi ödəyicilərinin borcu olmasının yerlərdə təbliğ edilməsi və bu istiqamətdə bələdiyyə sədrləri və üzvlərinin xüsusilə fəallıq göstərmələri qeyd edilib.
Təlimin sonunda geniş fikir mübadiləsi aparılıb, vergi uçotunun vaxtında aparılması, qanunvericiliklə müəyyən edilmiş müddətdə yığılımların başa çatıdırılmasına dair tövsiyyələr verilib, iştirakçılar üçün maraq doğuran suallar cavablandırılıb.