Babək rayonunda vətəndaş qəbulu keçiriləcək
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 22 yanvar 2026-cı il tarixdə, saat 10:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Babək rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Babək rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 21 yanvar 2026-cı il tarixədək Babək rayon İcra və Probasiya Şöbəsinə (ünvan: Babək rayonu, Babək şəhəri, Heydər Əliyev prospekti, əlaqə telefonu: (036) 541-35-36, 070-330-05-80) müraciət edərək, habelə Nazirliyin (036) 544-54-70, 050-558-38-00 nömrəli telefonları və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.