Azərbaycan Respublikasının ədliyyə naziri Naxçıvandadır
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov Naxçıvan Muxtar Respublikasında səfərdədir. “Heydər Əliyev İli”nə təsadüf edən səfər zamanı nazir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Qeyd edək ki, səfər çərçivəsində muxtar respublikada ədliyyə işinin düzgün və operativ təşkili, bu sahədə qanunvericiliyin tətbiqi və əhaliyə nümunəvi xidmətin təşkili ilə bağlı müzakirələr aparılacaq. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Qəbul zamanı vətəndaşların mürciətləri dinləniləcək, yerində həlli mümkün olmayan problemlər qısa zamanda həlli üçün icraata götürüləcək, zəruri tədbirlər görüləcək.