...

Anım günü ilə əlaqədar şəhidlərin məzarları ziyarət edilib

27-09-2023 | 17:32

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin erməni təcavüzkarlarının növbəti dəfə atəşkəsi pozmalarına cavab olaraq Azərbaycan Ordusuna “İrəli!” əmrini verdiyi 27 sentyabr tarixi  Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsində ki, 30 il düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib.

Vətən uğrunda canından keçən, şəhid olan, onun keşiyini çəkən vətən oğulları heç vaxt unudulmur, yaddan çıxmır, əbədi yaşayırlar. Bu gün şəhidlik zirvəsinə ucalan qəhrəmanlar hər birimizin and yerinə, ziyarətgahimiza çevrilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizin qazanılmasında qəhrəman ordumuzun  şücaəti, xalqımızın Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin ruhuna daim ehtiram göstərilir.

Anım günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin kollektivi tərəffindən Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanında və Naxçıvan Şəhər Qəbiristanlığında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan qəhrəmanların məzarları ziyarət olunaraq gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub