9 May – Faşizm üzərində Qələbə Günü
09-05-2025 | 10:44
1939-cu il sentyabrın 1-də Almaniya Polşanı işğal etməklə İkinci Dünya müharibəsini başlatdı. 1941-ci il iyunun 22-də isə SSRİ-yə, o cümlədən Azərbaycana hücum etdi. Müharibə 1945-ci il mayın 9-da SSRİ bayrağının Reyxstaqa sancılması ilə başa çatdı.
Müharibədə Azərbaycandan 660 min nəfər iştirak edib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi qəhrəmanların adı tarixə yazılıb. Azərbaycan nefti SSRİ-nin neft ehtiyatının 70%-dən çoxunu təşkil edərək qələbədə həlledici rol oynayıb.
Bu gün Faşizm üzərində Qələbə Günü ölkə üzrə rəsmi şəkildə qeyd olunur.