...

2 Fevral – Azərbaycan Gəncləri Günüdür

03-02-2025 | 08:36

1997-ci il fevralın 2-də Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən, bu gün Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bununla da Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq gənclərə həsr olunmuş xüsusi günü təsis edib.

Gənclər Gününün təsisindən sonra – 1998-ci ilin 8-12 avqust tarixlərində keçirilən gənclər siyasəti üzrə nazirlərin ümumdünya konfransının tövsiyələri əsasında BMT Baş Assambleyası 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqustu Beynəlxalq Gənclər Günü elan edib.

Azərbaycan gəncləri fəallıqları, vətənpərvərlikləri, bilik və savadları ilə seçilirlər. Prezident İlham Əliyevin "Gənclər, mən sizə inanıram, güvənirəm" sözləri dövlətin gənclərə olan diqqət və dəstəyinin bariz nümunəsidir. Gənclərin məşğulluğunun artırılması və inkişafı daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Əziz gənclər, bayramınız mübarək!