...

18 yanvar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yarandığı gündür

20-01-2025 | 14:45

18 yanvar 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının ilk ədliyyə orqanı olan Ədliyyə Nazirliyi təsis edilmişdir.

Yaradılmasından 101 il ötən Ədliyyə Nazirliyi bu müddət ərzində çətin və mürəkkəb inkişaf yolu keçmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ədliyyə sahəsində də mühüm islahatlar aparılmış, nazirlik müasir standartlara cavab verən bir quruma çevrilmişdir. Ədliyyə Nazirliyi qanunvericiliyə riayət edilməsini və vətəndaş məmnuniyyətini əsas prioritet kimi qəbul edərək daim operativ və çevik fəaliyyət göstərməkdədir.

Müstəqillik dövründə həyata keçirilən bu inkişaf Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarının fəaliyyətinə də mühüm təsir göstərmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə yarandığı gündən bu günə qədər müxtəlif dövrlərdə aşağıda adları qeyd olunan şəxslər rəhbərlik etmişdir.

1. Qurbanov İ. (1924)

2. Tarverdiyev İsa (1924 - 1926)

3. Babayev Yaqub Rəsul oğlu (1926 - 1927)

4. Tarverdiyev İsa (1927 - 1928)

5. Qəhrəmanov Vahid Pənah oğlu ( 1928 - 1930)

6. Şirəliyev Şirəli (1930 - 1931)

7. Babayev Yaqub Rəsul oğlu (1931 - 1932)

8. Qəhrəmanov Vahid Pənah oğlu ( 1932 - 1933)

9. Hüseynəliyev H. (1933 - 1934)

10. Fətəliyev Yunis ( 1934 - 1937)

11. Şəfiyev İsmayıl (1937 - 1938)

12. Hacıyev Əbdülmənaf Qəhrəman oğlu (1938 - 1946)

13. Hacıyev Əbdülmənaf Qəhrəman oğlu (1946 - 1948)

14. Mehdiyev Mehdi Əliheydər oğlu (1948 - 1952)

15. Mustafayev Abdulla Ziyad oğlu (1952 - 1955)

16. Sultanov Sultan Yunis oğlu (1955 - 1956)

17. Rüstəmov Yusif Müslüm oğlu (1971 - 1977)

18. Əliyev İmamverdi İsrafil oğlu (1980 - 1984)

19. Məmmədov Azər Yusif oğlu (1984 - 1990)

20. Abdullayev Süleyman Abbasəli oğlu ( 1990-1993)

21. Nadirov Nizami Hüseyn oğlu (1993-1998)

22. Əkbərov Məhəmməd Hüseyn oğlu (1998-2000)

23. Əliyev Suliddin Abbas oğlu (2000-2020)

24. Rəhimov Daşqın Hidayət oğlu (2020-2023).