...

İdarəetmə fəaliyyəti prosesində sənədlərin təsnifatı və növləri

01-05-2025 | 09:15

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, kiçik ədliyyə müşaviri Əliyev Emin Elşad oğlunun Litva Respublikasının “Qlobal Humanitar Elmləri Jurnalı” adlı elmi jurnalında “İdarəetmə fəaliyyəti prosesində sənədlərin təsnifatı və növləri” adlı həmmüəllifli elmi məqaləsi çap olunmuşdur.

Müasir işgüzar dünyanı böyük informasiya axını olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə də məqalədə idarələrdə, müəssisələrdə və təşkilatlarda sənədləşmənin aparılması qaydalarının qanunlara, qərarlara, dövlət standartlarına, kargüzarlığa dair təlimatlara və digər normativ hüquqi aktların tələblərinə cavab verilməsi problemindən bəhs edilmişdir. Təşkilati sərəncamverici sənədlər bütövlükdə idarələrdə və onun struktur bölmələrində böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, praktiki olaraq idarələrin bütün əməkdaşları bu rəsmi müxtəlifyönlü sənədlərlə əlaqləli işləyirlər. Ümumiyyətlə, tərtib olunan sənədlər idarəetmənin güzgüsünü təşkil edir. Yazılı sənədləşmələr insan resurslarının gedişini, dövlətçiliyin, sivilizasiyanın, mədəniyyətin inkişafını bütövlüklə özündə əks etdirir. Son dövrlərdə sənədlərin dövriyyəsinin elektronlaşmasına baxmayaraq idarəetmə həlqələrində kağız daşıyıcılarda olduğu kimi sənədin tərtibatı, məzmunu və texniki tərtibatı mühüm əhəmiyyət kəsb edir.

Məqalədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununa və digər normativ hüquqi aktlara əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması üçün, onlar Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və digər normativ hüquqi aktlara uyğun olaraq aidiyyat prinsipi üzrə dövlət qeydiyyat orqanına ərizə ilə müraciət etmələri məsələlərinə də toxunulmuşdur. 

Həmçinin dünya təcrübəsində sənədlərin təsnifatı, növləri və prosessual qaydaları öyrənilməklə misallar göstərilmişdir.

https://egarp.lt/index.php/aghel/article/view/234