Cəza siyasətinin humanistləşdirilməsi və insan hüquqlarının qorunması
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, kiçik ədliyyə müşaviri Əliyev Emin Elşad oğlu Avstraliyanın Sidney şəhərində “Fənlərarası tədqiqatlar vasitəsilə biliyin qiymətləndirilməsi” mövzusunda keçirilən “II Beynəlxalq elmi-praktik konfrans”da qiyabi iştirak edərək Sertifikata layiq görülmüşdür.
Həmin konfransın materiallarında Emin Əliyevin “Cəza siyasətinin humanistləşdirilməsi və insan hüquqlarının qorunması” adlı həmmüəllifli elmi məqaləsi dərc olunmuşdur
Müəllif məqalədə insanın azadlığınıdan, onun mühüm fundamental hüquqlarından, cəza siaysətinin humanistləşdirilməsinin mühüm problemlərindən ətraflı bəhs etmişdir. Demokratik və hüquqi dövlətin başlıca dəyərlərindən biri hesab olunan insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunması hər bir dövlətin ali məqsədi olduğu da vurğulanmışdır. Konfrans materialında çap olunmuş məqalədə qeyd olunmuşdur ki, cəza siyasətinin humanistləşdirilməsi insan hüquqlarının təmin olunmasına xidmət edir. Burada insan hüquq və azadlıqlarının, o cümlədən insan hüquqlarının tərkib hissəsi kimi azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının təmin edilməsi dövlətlərin ən ali məqsədi, demokratik və humanist dövlət siyasətinin isə ən mühüm istiqamətlərindən biri olduğu məqalədə araşdırılan əsas məsələlərdən biri olmuşdur.
Həmçinin konfrans məqaləsində həm Respublikamızda, həm də dünya təcrübəsində cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı atılmış addımlar öyrənilərək müzakirə edilmişdir.
![]() |