Şərur rayonunda vətəndaş qəbulu keçiriləcək
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 09 sentyabr 2026-cı il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Şərur rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Şərur rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 08 sentyabr 2026-cı il tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Şərur rayon İcra və probasiya şöbəsinə (ünvan: Şərur şəhəri, 28 May küçəsi 3, əlaqə telefonu: +994 36 542 3236, +994 050 420 93 33) müraciət edərək, habelə Nazirliyin +994 36 544 54 70, +994 50 558 38 00 nömrəli telefonları və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.