Sədərək rayonunda vətəndaş qəbulu keçiriləcək
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 18 noyabr 2026-cı il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Sədərək rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Sədərək rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək. Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 17 noyabr 2026-cı il tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Sədərək rayon İcra və probasiya bölməsinə (ünvan: Sədərək rayonu, Heydərabad qəsəbəsi, əlaqə telefonu: (036) 549-22-31, 050-660-86-01) müraciət edərək, habelə Nazirliyin (036) 544-54-70, 050-558-38-00 nömrəli telefonu və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.