...

Şahbuz rayonunda vətəndaş qəbulu keçiriləcək

25-11-2026 | 11:43

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 09 dekabr 2026-cı il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Şahbuz rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul Şahbuz rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 08 dekabr 2026-cı il tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Şahbuz rayon İcra və probasiya bölməsinə (ünvan: Şahbuz şəhəri, H.Əliyev prospekti, əlaqə telefonu: 036 543 01 74, 077 511 11 51) müraciət edərək, habelə Nazirliyin 036 544 54 70, 050 558 38 00 nömrəli telefonları və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.