...

Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək

27-04-2026 | 16:21

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq 14 may 2026-cı il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Ordubad rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Ordubad rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 may 2026-cı il tarixədək Ordubad rayon İcra və Probasiya Bölməsinə (ünvan: Ordubad rayonu Ordubad şəhəri, Mənsur Ağa küçəsi 8, əlaqə telefonu: (036) 547-03-47, (050) 885-71-73) müraciət edərək, habelə Nazirliyin (036) 544-54-70, (050) 558-38-00 nömrəli telefonları və office@njustice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.