Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, iyun ayının 19-u saat 10:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Ordubad rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 18 iyun 2025-ci il tarixədək Ordubad Rayon İcra və Probasiya Bölməsi (ünvan: Ordubad şəhəri, M.Ağa küçəsi 8, əlaqə telefonu: (036) 547-03-47, 051-207-14-75), habelə Ədliyyə Nazirliyinin (036 544-54-70, 050-558-38-00) nömrəli telefon və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə) müraciət etməklə yazıla bilərlər.