...

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov Ordubad rayonunda vətəndaşları qəbul edəcək

07-10-2024 | 12:22

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov oktyabr ayının 30-da Ordubad Rayon İcra və Probasiya Bölməsində vətəndaşları qəbul edəcək. Vətəndaşlar qəbula Ordubad Rayon İcra və Probasiya Bölməsinə(ünvan: Ordubad şəhəri, M.Ağa küçəsi 8, əlaqə telefonu: 036 547-03-47, 050 521 68 31), habelə Ədliyyə Nazirliyinə (036 544-54-70, 050 558 38 00 nömrəli telefon və info@njustice.gov.az elektron poçt ünvanı vasitəsilə) müraciət etməklə yazıla bilərlər.