Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar xidməti qulluğa qəbulla bağlı açıq müsabiqə elan edir
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədi ilə kiçik və orta rəis heyətinə qulluğa qəbulla bağlı 05-15 may 2025-ci il tarixlərdə açıq müsabiqə elan edilir.
Vakant vəzifələr penitensiar müəssisələrdə kiçik rəis heyəti vəzifələri üçün ən azı tam orta təhsil tələb edən, orta rəis heyəti vəzifələri üçün hüquqşünaslıq, beynəlxalq münasibətlər, maliyyə-iqtisadiyyat, sosial iş, informasiya texnologiyaları üzrə ali təhsil tələb edilən vəzifələrdir.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Penitensiar xidmətdə qulluğa şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu xidmətdə qulluğa yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli, yaşı 20-dən aşağı və 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə ilə yuxarıda qeyd edilən tarixlərdə Penitensiar xidmətin Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1B ünvanında yerləşən inzibati binasında İnsan resursları şöbəsinə müraciət edə bilərlər.