Kəngərli rayonunda vətəndaş qəbulu keçiriləcək
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 22 iyul 2026-cı il tarixdə saat 11:00-da Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Kəngərli rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 21 iyul 2026-cı il tarixədək Kəngərli rayon İcra və Probasiya Bölməsinə (ünvan: Kəngərli rayonu, Qıvraq qəsəbəsi, əlaqə telefonu: (036) 548-01-27, (070) 523-69-59) müraciət edərək, habelə Nazirliyin (036) 544-54-70, (050) 558-38-00 nömrəli telefonları və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.