Ədliyyə Nazirliyinə işə qəbulla bağlı sənəd qəbulu davam edir
Naxçıvan Muxtar Respublikasında ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində elan edilmiş işə qəbulla bağlı müsabiqədə iştirak üçün sənəd qəbulu 4 sentyabr saat 18:00-dək davam edir.
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən, ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər nazirliyin “www.njustice.gov.az” saytının “qulluğa qəbul” bölməsində yerləşdirilən ərizə formasını doldurmaqla nazirliyin elektron ünvanına göndərə və ya şəxsən müraciət etməklə həyata keçirə bilərlər.
Qeyd edək ki, müsabiqənin birinci mərhələsi-test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbət mərhələsinə buraxılacaqlar.
Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər imtahana hazırlıqla bağlı nazirliyin internet səhifəsinin (njustice.gov.az) "Qulluğa qəbul" bölməsində yerləşdirilən “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar”dan yararlana bilərlər. Sənəd qəbuluna dair əlavə məlumat əldə etmək istəyən şəxslər (036) 545-00-69 nömrəli telefona zəng etməklə məlumat əldə edə bilərlər.