...

Ədliyyə işçisinin məqaləsi mətbuatda dərc olunub

18-11-2026 | 14:41

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertiza bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Həsən Babayevin “Qanunun aliliyi və dövlətçilik ənənələri ilə ədalətli cəmiyyətə doğru” adlı məqaləsi "22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü" ərəfəsində “Naxçıvan Xəbərləri” saytında dərc olunmuşdur.

Məqalədə ədliyyə sisteminin hüquqi dövlət quruculuğundakı rolu, milli ədliyyə ənənələrinin qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də hüquqi maarifləndirmənin əhəmiyyəti geniş şəkildə təhlil olunur. Müəllif ədliyyə orqanlarının fəaliyyətinin ədalətli cəmiyyətin formalaşmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə verdiyi töhfələri də yazıda diqqətə çatdırır.

Ətraflı: https://naxcivanxeberleri.az/bloq/qanunun-aliliyi-ve-dovletcilik-eneneleri-ile-edaletli-cemiyyete-dogru-88920