Ədalətin görünən tərəfi: qanun, vicdan və insan məsuliyyəti
24-11-2026 | 17:51
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin aparıcı məsləhətçisi Səadət Talıbovanın ədliyyə sisteminin inkişafı, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin olunması və insan hüquqlarının müdafiəsi məsələlərinə həsr olunmuş “Ədalətin görünən tərəfi: qanun, vicdan və insan məsuliyyəti” adlı məqaləsi “Şərq qapısı” qəzetində dərc olunub.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, müasir islahatlar və ədliyyə işçilərinin cəmiyyət qarşısındakı məsuliyyəti diqqətə çatdırılır.