...

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

08-04-2025 | 09:01

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, aprelin 22-si saat 10:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov Culfa rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 21 aprel 2025-ci il tarixədək Culfa  Rayon İcra və Probasiya Bölməsinə (ünvan:  Culfa şəhəri, Təbriz küçəsi 12, əlaqə telefonu: (036) 546-02-12, 051-444-12-90) müraciət edərək, habelə Nazirliyin (036) 544-54-70, 050-558-38-00) nömrəli telefonları və  office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.