Ulu Öndər Heydər Əliyev və müasir ədliyyə sistemi
Azərbaycanın müstəqilliyinin əbədiliyini, dövlətin sarsılmazlığını, demokratik yüksəlişini təmin edən Ümummilli Liderimiz Heydər Әliyev ölkəmizə rəhbərlik etdiyi illərdə məhkəməhüquq sisteminə mühüm önəm verib, bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Dahi öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində ədliyyə fəaliyyəti ilə bağlı qanunların qəbulu və bu orqanın təşkilati cəhətdən formalaşdırılması diqqət mərkəzində saxlanılıb.
Böyük şəxsiyyət yaxşı bilirdi ki, ancaq qanunçuluq prinsiplərinin gerçəkləşdirildiyi bir şəraitdə dövlətin insanların şəxsi həyatına müdaxiləsini minimuma endirmək, vətəndaşların hüquqlarını dönmədən müdafiə etmək, qanunların aliliyini reallaşdırmaq, cəmiyyətin hüquq mədəniyyətini yüksəltmək mümkündür. Məhz elə buna görə özünün mükəmməl dövlətçilik konsepsiyasında da sadalanan məsələlərə hər zaman xüsusi yer verərək, cəmiyyətin ədalət, müdriklik, həqiqət kimi ali dəyərlər əsasında formalaşmasını, inkişafını diqqət mərkəzində saxlayıb, haqqın, ədalətin dürustlüyün tərəfində dayanıb. Gənc nəslə humanizm, insanpərvərlik, mərhəmət kimi ali insani keyfiyyətlər aşılanmasını qarşıya mühüm vəzifə kimi qoyub və bu məqsədin reallaşması məqsədilə ötən əsrin 7080ci illərində ali təhsil müəssisələrində biliyin yeganə meyara çevrilməsi, ixtisaslı kadr potensialının yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirib. Qüdrətli şəxsiyyət yalnız bu yolla ədalətin, qanunçuluğun üstün olduğu bir dövlət qurmağın, onu inkişaf etdirməyin, gələcək nəsillərə miras qoymağın mümkünlüyü qənaəti ilə yaşayıb. Ümummilli Lider Azərbaycana rəhbərliyi illərində respublikanın ədliyyə sisteminin inkişafına məhz belə bir mövqedən yanaşıb və insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sisteminin demokratik dəyərlər əsasında qurulmasını prioritet istiqamət kimi diqqətdə saxlayıb. Bu baxımdan, Ulu Öndərin Azərbaycana rəhbərliyinin ilk dönəmində Әdliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri olub. Belə ki, sovet hakimiyyəti dövründə ideologiya maraqları çərçivəsində dövlət strukturlarının yaradılması, hüquq siyasətinin dəfələrlə dəyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə ləğv edilməsi və yenidən yaradılması sabit ədalət mühakiməsi sisteminin formalaşmasına mane olurdu. Yalnız Ulu Öndər Heydər Әliyevin respublikamıza rəhbərliyə gəlişindən sonra digər sahələrdə olduğu kimi, ədliyyə sisteminə də zəruri diqqət göstərilib, nazirlik yenidən təsis edilərək onun vahid strukturu formalaşdırılıb, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. 1970ci il oktyabrın 27də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Әdliyyə Nazirliyi təsis edilməklə, respublikanın ədliyyə tarixində yeni mərhələnin əsası qoyulub. 5 may 1971ci ildə isə Naxçıvan MSSR Әdliyyə Nazirliyi yaradılıb. Məhz həmin tarixdən iki il sonra – 1972ci ildə Azərbaycan SSR Әdliyyə Nazirliyinin Әsasnaməsi təsdiq edilib, ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafı məqsədilə hərtərəfli zəmin yaradılıb. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi xüsusi qayğının təzahürü olaraq 24 avqust 2002ci il tarixdə Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinə əlavə səlahiyyətlərin verilməsi barədə Fərman imzalayıb. Beləliklə, nazirliyin tarixində ilk dəfə hüquqi xidmətlərin göstərilməsi üçün əlavə səlahiyyətlər verilmişdir. Әlavə və dəyişikliklərə qədər nazirlik azsaylı ştat vahidi ilə fəaliyyət göstərirdisə, həmin Fərmanın qəbulundan sonra nazirliyin mərkəzi aparatının strukturu təsdiq edilib, yeni şöbə və bölmələr, eləcə də tabe qurumlar yaradılıb. Son illər ərzində muxtar respublikada ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib. Ötən dövr ərzində ədliyyə orqanlarının müasirləşdirilməsi və inkişafı təmin edili.b Belə ki, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmət sahələrinin inkişafına xüsusi diqqət yetirilib, nazirliyin inzibati binası yenidən qurulub, nazirlik sisteminə daxil olan Penitensiar Xidmət, Məhkəmə Ekspertizası Mərkəzi və digər qurumlar üçün müasir tələblərə cavab verən inzibati binalar tikilərək istifadəyə verilib. Ulu Öndər Heydər Әliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra həyata keçirdiyi misilsiz xidmətləri sayəsində 1995ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Әsas qanunun qəbulu ədliyyə orqanlarının, məhkəmələrin və prokurorluğun, vəkillik institunun və digər sahələrin fəaliyyətinin yeni tələblər səviyyəsində qurulmasında həlledici rol oynadı, sadalanan sahələrdə şəffaflığı, demokratiyanın mühüm göstəricisi olan insan hüquq və azadlıqlarının etibarlı şəkildə müdafiəsini, vətəndaşlara xidmətin ən müasir standartlara uyğunlaşdırılmasını reallaşdırdı. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Әliyev sonrakı fəaliyyətində də obyektivlik, şəffaflıq və qanunçuluq prinsipləri üzərində qurulması, vətəndaşların hüquqlarının dönmədən müdafiə edilməsi, qanunların aliliyinin ən yüksək səviyyədə qorunması məqsədilə bir sıra layihələrin reallaşdırılmasına nail oldu. Ölkədə yeni dövrün tələblərinə cavab verən hüquq qanunvericiliyinin formalaşdırılması üçün 1996cı il fevralın 21də Hüquq İslahat Komissiyasının yaradılması barədə Sərəncam imzaladı. Komissiya tərəfindən hazırlanan qanunların qəbulu məhkəməhüquq sisteminin inkişafını sürətləndirdi. Bunlarla bərabər, 1998ci il iyunun 18də Ümummilli Liderin müvafiq Fərmanı ilə təsdiqlənən “Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” hüquqi islahatların reallaşdırılmasını şərtləndirdi. Həmin dövrdən başlayaraq ədliyyə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması kimi taleyüklü məsələləri də uğurla gerçəkləşdirildi. Eyni zamanda, Әdliyyə Nazirliyi sisteminin yeni qanunvericiliyə uyğunlaşdırılmasına, burada yeni iş üsulu və vasitələrinin təkmilləşdirilməsinə, ədliyyə fəaliyyətinin müasir qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişikliklərinin aparılmasına, yeni qurumların yaradılmasına, onların işinin təşkili üzrə zəruri tədbirlər görülməsinə böyük əhəmiyyət verildi. Әdliyyə işçilərində mənəvi stimul yaradılmasına diqqət artırıldı. Ulu Öndərin 11 noyabr 2000ci il tarixli Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Әdliyyə Nazirliyinin Әsasnaməsinin təsdiq olunduğu gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan edilməsi də məhz bunun bariz ifadəsi idi. Bütün bu tədbirlər son nəticədə ədliyyə orqanlarının cəmiyyətdəki rolu və nüfuzunu daha da möhkəmlətdi. Әsası Ulu Öndər Heydər Әliyev tərəfindən qoyulan hüquqi islahatlar son illərdə ölkə Prezidenti cənab İlham Әliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Ötən müddətdə Azərbaycanın hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb.
Bir sözlə, Ümummilli Lider Heydər Әliyevin müəyyənləşdirdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Әliyevin rəhbərliyi ilə son illər respublika həyatının bütün sahələrində, eləcə də ədliyyədə geniş islahatlar gerçəkləşdirilib, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə innovasiyalar tətbiq olunub, islahatların sistemli və ardıcıl gerçəkləşdirilməsi sayəsində cəmiyyətdə ədalət mühakiməsinə olan inamı daha da gücləndirilib.
Səttar Zamanov
Naxçıvan Muxtar Respublikası
Әdliyyə Nazirliyinin şöbə rəisi
"Nuhcixan" İnformasiya Agentliyi və "Şərqin səhəri" qəzetində dərc edilmişdir